
Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir
Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin bəzi bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, müvafiq vəzifənin öhdəlikləri, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb. Belə ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib. Bu dəyişiklik aşağıdakı məqsədlərə xidmət edir: • Kadr potensialının genişləndirilməsi: Bölgələrdə işçi çatışmazlığının aradan qaldırılması və məhkəmələrin fasiləsiz fəaliyyətinin...
19 noyabr 2025
Davamını oxu →
